Azərbaycanlılar Təbrizdə erməni bayrağını yandırdı - "Traktor Sazi"dən qələbə - Video

Futbol, Tribuna, Video
02 Mart 2019 - 00:28
Supersport.Az-ın xəbərinə görə, İran çempionatının 20-ci turunda Cənubi Azərbaycan təmsilçisi "Traktor Sazi" doğma meydanda "Sepahan"ı sınağa çəkib və 2 qolla qələbə qazanıb.
Oyunda "Qarabağ bizimdir, bizim olacaq" şüarı səsləndirən 100 min Azərbaycan türkü ermənilərin bayrağını yandırıb.
İranda yaşayan azərbaycanlılar Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı "Qarabağ Ermənistanındır" şüarının qaldırılmasına narazılıqlarını bildirmək üçün bu addımı atıblar.
"Traktor Sazi" - "Sepahan" - 2:0
Bu nəticədən sonra "Traktor Sazi" 37 xalla turnir cədvəlində "İstiqlal"la birgə 4-5-ci pillələri bölüşdürür. Turnir cədvəlinə 41 xalla "Persepolis" başçılıq edir. Padideh" 39 xalla 2-ci, "Sepahan" 38 xalla 3-cüdür.

Qollar: Mehdipur, 38, Stokes, 73-pen