"Fənərbağça" - "Zenit" oyununda rus fanatlar qovuldu

"Fənərbağça" - "Zenit" oyununda rus fanatlar qovuldu
Futbol
24 Mart 2023 - 18:38
İstanbulda keçirilən "Fənərbağça" - "Zenit" xeyriyyə matçı qalmaqalsız ötüşməyib.

Supersport.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Şükrü Saracoğlu" arenasının tribunalarında azarkeşlər arasında yaranan qarşıdurmaya polis müdaxilə edib. Aqressivliyi ilə seçilən 3 rusiyalı fanat stadondan çıxarılıb.

Qeyd edək "Fənərbağça" - "Zenit" oyunu 2-2 hesabı ilə nəticələnmişdi.

Digər xəbərlər