Eksklüziv: "Qalatasaray"ın prezidenti Bakıya gələcək

Futbol, Eksklüziv
24 Mart 2023 - 18:43
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"la dostluq oyunu keçirəcək "Qalatasaray" Bakıya martın 25-də çarter reysilə gələcək. Qardaş ölkənin komandasının ölkəmizə gecə 24:00-da çatacağı gözlənilir.
İstanbul klubunun Bakıda hazırlığı və baş məşqçi Okan Burukun mətbuat konfransı olmayacaq.
"Qalatasaray"ın prezidenti Dursun Özbekin ölkəmizə gəlmək ehtimalı var. Lakin bununla bağlı qərar verilməyib.
Supersport.Az-a bu məlumatı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verib.
Xatırladaq ki, "Qarabağ" – "Qalatasaray" yoldaşlıq oyunu martın 26-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Oyundan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə yönəldiləcək.