"Braqa" "Qarabağ"ın oyununu izləməyi lazım bilmədi

"Braqa" "Qarabağ"ın oyununu izləməyi lazım bilmədi
Futbol, Eksklüziv
11 Fevral 2024 - 21:00
  • Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XXII turunda Respublika stadionunda keçirilən "Qarabağ"-"Sabah" matçını (3:3) "Braqa"nın məşqçilərindən birinin izləcəyi gözlənilsə də, bu, olmayıb. Portuqaliya klubu Bakıda oynanılan görüşə nümayəndəsini göndərməyi lazım bilməyib.   
  • Fevralın 15-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Braqa"nın qonağı olacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək. 

Digər xəbərlər