Mahir Emrelinin komandası qələbə həsrətinə son qoydu
Futbol
171
22 Dekabr 2024 - 02:19
Almaniya II Bundesliqasında 17-ci tur davam edir.
Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" evdə "Ayntraxt Braunşveyq"i 1 qolla məğlub edib. Stefanos Simas 49-cu dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb. Baş məşqçisi Miroslav Kloze 78-ci dəqiqədə Siması Mahir Emreliylə əvəz edib. Mahir bir qol fürsətini qaçırıb. "Nürnberq" 6 oyunluq qələbə həsrətinə son qoyub.
Emrelinin komandası 17 turdan sonra 18 klub sırasında 22 xalla 11-cidir. "Nürnberq" növbəti turda 29 xala malik lider "Karlsrue"ylə qarşılaşacaq.