Azərbaycan idmançısı olimpiya çempionu oldu 

Azərbaycan idmançısı olimpiya çempionu oldu 
Olimpiya, Digər, Cüdo
444
01 Avqust 2024 - 20:04

Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Supersport.Az saytının məlumatına görə, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçeraya (Polşa) ipponla qalib gələrək 1/4 finala yüksəlib.

İdmançımız israilli 

Peter Palçiki də məğlub edərək (vaza-ari xalı ilə) yarımfinala vəsiqə əldə edib.

 

Finala gedən yolda cüdoçumuz özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Kotsoyev ardıcıl üçüncü qələbəsini qazanmaqla finala yüksəlib.

 

Olimpiya çempionluğu uğrunda görüşdə Zelim Kotsoyev İlia Sulamanidze (Gürcüstan) ilə qüvvəsini sınayıb. İdmançımız qalib gələrək çempion olub.

 

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

Digər xəbərlər