Azərbaycan bolqarları əzib növbəti mərhələyə keçdi - Video

Azərbaycan bolqarları əzib növbəti mərhələyə keçdi - Video
Futbol, Video
359
05 İyun 2024 - 21:10

Supersport.Az xəbər verir ki, Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib. Qrup mərhələsində maksimal nəticə göstərərək play-off mərhələsinə adlayan milli komandamızın bu mərhələdəki rəqibi Bolqarıstan yığması olub. Oyuna yaxşı başlayan futbolçularımız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb 1-1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə futbolçularımız rəqibi 3-1 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, ¼ finalda yığmamızın rəqibi Qazaxıstan seçməsi olacaq.

Digər xəbərlər