"Qarabağ" bu gün gedir

"Qarabağ" bu gün gedir
Futbol
11 Dekabr 2018 - 14:17
Dekabrın 13-də Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Arsenal"ın qonağı olacaq "Qarabağ" bu gün Londona gedəcək.

Supersport.Az-ın məlumatına görə, Ağdam klubu səfərə çarter reysi ilə yollanacaq. Komandanı aparan təyyarə saat 18:00-da havaya qalxacaq.

Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə 23:00-a təyin edilib.

Qeyd edək ki, Londondakı "Emireyts" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək. Bakıdakı matçda ingilislər 3:0 hesablı qələbə qazanmışdılar.

Digər xəbərlər