Ramil Quliyevin qazancı

Ramil Quliyevin qazancı
Atletika, Digər, Eksklüziv
11 Avqust 2017 - 10:44
İngiltərənin paytaxtı Londonda atletlərin 16-cı dünya çempionatı ölkəmiz üçün unudulmaz məqamla yadda qalıb.

Altı il əvvəl Türkiyəni seçən həmvətənimiz Ramil Quliyev tarix yazıb. "Fənərbağça" idman klubunun atleti 200 metr məsafəni 20.09 saniyəyə qət edərək dünya çempionu adını qazanıb.

Supersport.Az-a dünya çempionatında tarix yazan atlet Ramil Quliyevin qazancı məlum olub. Dopinq nəzarətindən uğurlu keçəndən sonra atletə beynəlxalq qurumdan 60 min dollar veriləcək. Bundan başqa, Türkiyə dövləti Ramili 375 Cumhuriyyət qızılı (102 min dollar) ilə mükafatlandıracaq.

 

Digər xəbərlər