Məşqçi-müəllimlər üçün seminara yekun vurulub

Məşqçi-müəllimlər üçün seminara yekun vurulub
Digər, Taekvondo
30 Mart 2017 - 19:36
Supersport.Az xəbər verir ki,  27 mart tarixində startı verilən və 5 gün davam edən seminar məşqçi-müəllimlər üçün artıq başa çatdı.
ATF-nın texniki direktor Oh Kvanq Çeol və Pumse uzrə komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi ilə keçirlən seminarda respublikamızda fəaliyyət göstərən klub və bölmələrindən 114 məşqçi-müəllim qatılmışdır. Seminarın son günü, iştirakçılara müvafiq sertikalar təqdim edildi. Sertifikatların təqdim edilməsində Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov və texniki direktor Oh Kvanq Çeol iştirak edib.


Tədbirdə ATF-nın vitse-prezidenti Nağı Səfərov iştirakçıları təbrik edib: “Bir neçə gündür seminarlarda iştirak edirsiniz. Bu gün artıq son gündür. Hər birinizi təbrik edirəm. Ümüd edirəm bu seminarda öyrəndikləriniz gələcək fəaliyyətinizdə öz bəhərsini verəcək. Bilirsizniz ki, taekvondo idman növü sürətlə inkişaf edir, qaydalar dəyişir, dünyanın hər yerində idmanın bu sahəsində güclü rəqabət gedir. Artıq üç ildir milli komandamız dünyanın ən yaxşı komandası hesab olunur. Bizim isə ən böyük məqsədimiz əldə olunan uğurlarımızı qoruyub saxlamaqdır. Düşünürəm ki, bu yolda sizin də üzərinizə böyük əmək düşür və seminarlarda öyrəndikləriniz gələcək işlərinizdə yardımçınız olacaq. Bir daha hər birinizi təbrik edir, uğurlar arzulayıram!”.

Təqdimetmə mərasimi başa çatdıqdan sonra xatirə şəkli çəkdirildi.

Digər xəbərlər