"QARABAĞ"IN RƏQİBİ BAKIYA İTKİ İLƏ GƏLİR

"QARABAĞ"IN RƏQİBİ BAKIYA İTKİ İLƏ GƏLİR
Futbol
11 Sentyabr 2016 - 12:47
"SLOVAN"IN BAŞ MƏŞQÇİSİ MƏĞLUBİYYƏTİ ŞƏRH ETDİ

Supersport.Az-ın məlumatına görə, Çexiya çempionatında "Viktoriya"ya məğlub olan "Slovan"ın baş məşqçisi İndrjix Trpişovski fikirlərini bildirib.

Mütəxəssis komandasının üstün oynadığını, məğlubiyyətə layiq olmadığını söyləyib:

"Mövsümün ən yaxşı oyununu keçirdik. Ancaq rəqib komanda erkən qol vurub üstünlük əldə etdi. 90 dəqiqə ərzində biz daha yaxşı, əzmkar oynadıq. Təəssüf ki, qol imkanlarının çoxunu boşa verdik. Pokorni dizindən zədə aldığı üçün əvəzləndi. Hazırda vəziyyəti yaxşı deyil. "Qarabağ"la oyunda iştirakı sual altındadır".

Qeyd edək ki, Çexiya milli komandasının üzvü olan 23 yaşlı müdafiəçi Lukaş Pokorninin yerinə 79-cu dəqiqədə Nitrianski çıxıb.

Digər xəbərlər