"Sabah"da "Fluminense"dən futbolçu
Futbol
24 Sentyabr 2021 - 12:41
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Supersport.Az xəbər verir ki, paytaxt klubu baxışa braziliyalı oyumçu çağırıb. Söhbət 22 yaşlı mərkəz müdafiəçisi Hiqor Qabrieldən gedir. O artıq komandanın düşərgəsindədi. Məşqçilər heyəti yaxın günlərdə futbolçu ilə bağlı yekun qərarı verəcək.
Hiqor Qabriel son olaraq Braziliyanın "Fluminense" klubunda çıxış edib. O, bir neçə gün öncə bu komandadan ayrılıb.