"Barselona"nın futbolçusu Azərbaycan klubuna gəldi

"Barselona"nın futbolçusu Azərbaycan klubuna gəldi
Futbol
07 İyul 2021 - 15:33
“Sabah” klubu sosial hesabı vasitəsilə maraqlı paylaşım edib.

Supersport.Az xəbər verir ki, yeni transferinin anonsunu edən Premyer Liqa təmsilçisi “Barselona”nın futbolçularının şəklini paylaşıb və “Sabaha saxladıq” sözlərini yazıb.

Yeni transferin şəkildə soldan 2-ci yerdə duran Xuan Kamaranın olacağı gözlənilir. 27 yaşlı yarımmüdafiəçi hazırda Polşanın “Yagelloniya” klubunda çıxış edir.

Kamara 2014-2018-ci illər aralığında “Barselona”da çıxış edib. İspan futbolçu Kataloniya təmsilçisinin əsas komandası ilə 3 oyunda iştirak edib.

Digər xəbərlər