Eldəniz Əzizlinin komandası dünya çempionu oldu - Şəkil

Eldəniz Əzizlinin komandası dünya çempionu oldu - Şəkil
Digər, Güləş, Foto
22 Dekabr 2018 - 18:40
Supersport.Az-ın məlumatına görə, Ərdəbildə yunan-Roma güləşində klubların dünya çempionatında iştirak edən Azərbaycan təmsilçisi Eldəniz Əzizli qalib olub.

Pəhləvanımızın çıxış etdiyi "Bime Razi" (Ərdəbil) finalda Rusiyanın "Legion" komandasına 8:2 hesablı dərs verərək ikinci dəfə birinci yeri tutub. Bu il Eldəniz fərdi yarışlarda Avropa və dünya çempionu adını qazanıb.

İranın "Sina Sanat Eazeh"i "İstanbul BBSK" klubunu 6:4 hesabıyla məğlub edərək, üçüncü olub.

Eldəniz Əzizlinin klubu 10 min avroya sahib çıxıb, medal və diplomla təltif olunub.

Son iki yeri tutan komanda müvazif olaraq 6 min və 4 min avro qazanıb.

Qeyd edək k, yarış 2014-cü ildən İran Güləş Federasiyasının təklifi ilə keçirilir.

Digər xəbərlər