Ronaldonun milyonluq saatı - Şəkil

Ronaldonun milyonluq saatı - Şəkil
Futbol, Foto
23 Oktyabr 2018 - 19:46


Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Mançester Yunayted"lə oyun ərəfəsində "Yuventus"un futbolçusu Kriştiano Ronaldo iştirak etdiyi mətbuat konfransında bahalı aksessuarları ilə diqqət cəlb edib.

Supersport.Az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, o, 424 ağ və qırmızı brilyantla bəzənmiş Jacob& Co Caviar Tourbillon şirkətinə məxsus saat taxaraq tədbirə gedib. Bu, aksessuarın ona təxminən 1.3 milyon avroya başa gəldiyi bildirilib.

Ronaldonun ictimaiyyət qarşısında bu cür bahalı saatla çıxmasının "Qızıl top"un sahibinin sabiq komandasına qarşı oyununa yüksək diqqətin olması ilə əlaqədar olduğu yazılıb.

Portuqaliyalı futbolçu, konfransda "MY" ilə matçda qol vuracağı təqdirdə, sabiq klubuna hörmət əlaməti olaraq sevinməyəcəyini deyib.

Ronaldo 2003-2009-cü illərdə İngiltərə klubunda çıxış edib.

 

Digər xəbərlər