Rəşad Sadıqov: "Komandadan narazı qalmadım"

Rəşad Sadıqov: "Komandadan narazı qalmadım"
Futbol
12 Sentyabr 2018 - 09:47
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan – Norveç oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib.


Norveçin baş məşqçisi Leif Gunnar Smerud deyib:


"Çox çətin oyun oldu. Rəqib bizə qarşı güclü oynadı. Taktiki baxımdan baş məşqçiləri yaxşı hazırlaşmışdı. Futbolçularım yalnız ikinci hissədə həyəcanını boğa bildi və lazım olan qolları vurduq. Bu qələbə bizə çox lazım idi".


Azərbaycan U-21 yığmasının baş məşqçisi Rəşad Sadıqov məğlubiyyət olsa da, komandadan narazı qalmadığını söyləyib: 


"Yaxşı komandaya qarşı mübarizə apardıq. Norveç və Almaniya qrupumuzun favoritidirlər. Onlar artıq Almaniyanı məğlub ediblər. Norveç qrup oyunları zamanı Kosovoya öz səhvindən məğlub oldu.

Uşaqlar rəqibə layiqli müqavimət göstərməyə çalışdılar.  Bəzən alındı, bəzən isə istədiyimizi reallaşdıra bilmədik. Futbolçularımızın istəkli olmaları və sonadək mübarizə aparmaları sevindiricidir. Pis oynamadıq. Ümumilikdə komandadan narazı qalmadım" (affa.az).

Digər xəbərlər