PSJ-də yeni baş məşqçi

PSJ-də yeni baş məşqçi
Futbol
14 May 2018 - 21:36
Fransanın PSJ klubunun yeni baş məşqçisi müəyyənləşib.

Supersport.Az xəbər verir ki, bundan sonra Paris təmsilçisini Tomas Tuxel çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

45 yaşlı mütəxəssis paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb. Almaniyalı məşqçi bu postda ispaniyalı Unay Emerini əvəzləyib.

Qeyd edək ki, Tuxel daha öncə Almaniyanın "Maynts” və "Borussiya" (Dortmund) klublarını çalışdırıb.

Digər xəbərlər