"Keşlə"nin baş məşqçisi "Qarabağ"ı məğlub etməkdən danışdı - Video

"Keşlə"nin baş məşqçisi "Qarabağ"ı məğlub etməkdən danışdı - Video
Futbol, Video
13 May 2018 - 01:57
Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə "Qarabağ"a 3:0 hesabıyla qalib gələn "Keşlə"nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Supersport.Az xəbər verir ki, ukraynalı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

- Futbolçularımız bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdılar. "Qarabağ" isə çempionluğu təmin etmişdi. Oyunçularımı bu qələbə münasibəti ilə təbrik edirəm.

- Ukrayna mətbuatında yer alan məlumatlara görə, bu ölkənin klublarından biri ilə danışıqlar aparırsınız. Hətta bununla bağlı Kiyevdə olduğunuz da deyilir.

- Mən belə bir xəbərlə qarşılaşmamışam.

- Vaqif Cavadovla bağlı aranızda gərginlik var idi... 

- Bizim oyun quruluşumuz var. Buna uyğun oynamaq lazımdır. Lakin 3:0 hesabından sonra futbolçular fərqli cür oynamağa başladılar. Mən Vaqifə bildirdim ki, hesaba baxmayaraq, oyundan qopmaq olmaz.

- Kubokun finalı barədə nə düşünürsüz? "Keşlə"nin "Qəbələ"ni məğlub etmək gücü varmı?

- Bunu yalnız oyundan sonra demək olar.

Digər xəbərlər