Üçqat dünya çempionu Hacı Əliyev məğlubiyyətin səbəbini açıqladı

Üçqat dünya çempionu Hacı Əliyev məğlubiyyətin səbəbini açıqladı
Digər, Güləş
11 Aprel 2018 - 16:42
Supersport.Az-ın məlumatına görə, ABŞ-da keçirilən Dünya Kubokunda ikinci yeri tutan Azərbaycanın sərbəst güləş yığmasının üzvü Hacı Əliyev məğlubiyyətin səbəbini açıqlayıb.

Üçqat dünya çempionu, özünün də zəif çıxışını belə izah edib: 

"Biz sonuncu dəfə 2012-ci ildə Bakıda Dünya Kubokunda ikinci yeri tutmuşduq. Ondan sonra neçə il idi ki, heç finala da çıxa bilmirdik. Şükürlər olsun ki, bu baş verdi. Komandamızın heyətində gənc idmançılarımız həqiqətən çox yaxşı güləşdilər: Əfqan, Coşqun. Məncə bu idmançılar gələcəkdə heyətə tam uyğunlaşacaqlar. Öz çıxışıma gəldikdə isə, düzdür, səhhətimdə bəzi problemlər var idi. Lakin komandaya kömək etməli idim. Əlimdən gələni etdim. Həm də məndə yeni çəki dərəcəsi olduğu üçün fiziki cəhətdən bir az çətinlik çəkirəm. Bununla belə, final görüşünə qələbə qazanmaq məqsədi ilə çıxmışdım. İlk dəqiqələrdə barmağımın çıxmağı, bir az gücümü azaltdı, mübarizəni davam etdirmək istəyirdim. Lakin çox təəssüflər olsun ki, komandaya kömək edə bilmədim".

Digər xəbərlər