"Çelsi"nin baş məşqçisinin istefası gündəmdə

"Çelsi"nin baş məşqçisinin istefası gündəmdə
Futbol
05 Fevral 2018 - 19:15
Supersport.Az-ın məlumatına görə, "Çelsi" baş məşqçi Antonio Konte ilə mövsümün sonunda yolları ayıra bilər.

Bu barədə "The Express" qəzeti xəbər yayıb. Məlumatda bildirilir ki, bu mövsüm istənilən səviyyədə çıxış etməyən komanda baş məşqçi Konteni mövsümün sonunda istefaya göndərəcək. "Çelsi"nin uğursuz çıxışlara davam etsə, mütəxəssislə daha tez yola salına bilər.

Qeyd edək ki, 2016-cı ildən "Çelsi"ni çalışdıran Kontenin adı İtaliya millisi ilə hallanır. 48 yaşlı italiyalı mütəxəssis ilk mövsümündə Premyer Liqanı qazanıb.

Digər xəbərlər