Fikrət Orman: "Azərbaycan hər zaman ciddi yanaşdığımız bazardır"

Fikrət Orman: "Azərbaycan hər zaman ciddi yanaşdığımız bazardır"
Futbol
15 Yanvar 2018 - 17:03

Supersport.Az-ın məlumatına görə, "Beşiktaş"ın prezidenti Fikrət Orman mətbuat konfransında Azərbaycana səfər edəcəklərini bildirib.


"İran və Azərbaycana getmək istəyirik. Bundan sonra Malaziya, Çin, Qazaxıstana. Dünyada məşhur klub olmaq fikrindəyik. Hədəfimiz 100 milyon azarkeş toplamaqdır. Çempionlar Liqasında baş mükafatı qazanmaq çox çətindir. Avroliqanın qalibi, Superkubokun sahibi olmaq isə mümkündür. Milli komandaların oyunları ilə bağlı fasilədə həmin ölkələrin çempionatlarında boşluq yaranır. Onda isə futbolçular yığmanın düşərgəsində olduqlarından getməkdə çətinlik çəkirik. Bəzən siyasi vəziyyətlər də səfərimizə təsir edir. Amma niyyətimiz dəyişməz olaraq qalır".

O, fevralda klubun nümayəndə heyətinin ölkəmizə gələcəyini söyləyib:

"Azərbaycan hər zaman ciddi yanaşdığımız bazardır. Fevralın əvvəlində nümayəndələrimiz Bakıya gedəcəklər. Gələn ay orada insanların cəm şəkildə matçlarımızı izləyə biləcəyi bir məkan və mağaza açılacaq. Açılış üçün mən, iki futbolçumuz və ola bilsin baş məşqçimiz də Bakıya getsin. İstərdik ki, komandanı da aparaq".

Digər xəbərlər