"İmarət"dən maraqlı ideya - kapitan Rəşad Sadıqov da gələcək

"İmarət"dən maraqlı ideya - kapitan Rəşad Sadıqov da gələcək
Futbol
10 Oktyabr 2017 - 12:02
Supersport.Az-ın məlumatına görə, hər zaman maraqlı ideyaları reallaşdırmaqla diqqəti cəlb edən "İmarət" fanklubu bu dəfə də fəaliyyəti ilə seçiləcək.

"Qarabağ"ın bir nömrəli azarkeş qrupu oktyabrın 12-də saat 11:00-da Azərbaycan Turizm və Menecment Universitetində tədbir təşkil edəcək. Tələbələrlə görüşə beşqat ölkə çempionunun kapitanı Rəşad Sadıqov da gələcək.

Görüşdə "Qarabağ" Futbol Klubunun tarixi və inkişafı, həmçinin "İmarət" Azad Azarkeş Qrupunun ideologiyası gənclərə izah ediləcək. Əsas məqsəd qəlbi Qarabağ sevgisi ilə döyünən hər bir gənci tribunada bir ad altında birləşdirməkdir.

"İmarət"in planı hər ay bir ali təhsil ocağında belə tədbir keçirməkdir.

 

Digər xəbərlər