İslamiada: Azərbaycan 1-ci yerdədir

İslamiada: Azərbaycan 1-ci yerdədir
İslamiada-2017, Digər
15 May 2017 - 01:23
İslamiadada bu gün üçün nəzərdə tutulan yarışlar yekunlaşıb.

Supersport.Az-ın xəbərinə görə, bu gün mübarizəyə qoşulan Azərbaycanın idmançılarından daha 14-ü qızıl medal qazanıb. Bununla da millimizin qızıllarının ümumi sayı 24-ə çatıb və medal sıralamasında komandamız yenidən liderliyə yüksəlib. Komandamız bu gün 8 gümüş və 6 bürüncü də aktivinə yazdıraraq medal sayını 50-ə çatdırıb və liderliyini qoruyub.

İkinci yeri 20 qızıl medalla Türkiyə, üçüncü pilləni 5 qızıl medalla Özbəkistan tutur.

Digər xəbərlər