“Neftçi”nin oyununu boykot edəcəklər

“Neftçi”nin oyununu boykot edəcəklər
Futbol
24 Aprel 2017 - 17:52


“Neftçi”nin ən böyük azarkeş qruplarından olan “Forza Neftçi” komandanın Premyer Liqanın son turunda “Qarabağ”a qarşı keçiriləcək oyununu boykot edəcəklər.

Supersport.Az-ın xəbərinə görə, bu haqda azarkeş qrupunun yaydığı bəyanatda bildirilib. Bundan başqa, sabah “Forza”nın toplantısı keçiriləcək və müvafiq qərarlar veriləcək.

Fan klub komandanın Premyer Liqadakı uğursuz çıxışına etiraz olaraq bu addımı atıb.

Əlavə edək ki, son vaxtlar “Neftçi”nin rəhbərliyi və baş məşqçisi ilə sözügüdən fan-klub arasında münasibətlərində gərginlik yaranıb. “Forza “Neftçi” komandanın uğursuz çıxışlarına görə “Neftçi” rəhbərliyi və məşqçi heyətini istefasını tələb edib.

Digər xəbərlər