İndoneziya futbol yığması İslamiadada iştirak edəcək?

İndoneziya futbol yığması İslamiadada iştirak edəcək?
İslamiada-2017, Digər
06 Aprel 2017 - 14:53
Supersport.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında İndoneziya futbol yığmasının IV İslam Həmrəyliyi Oyunlarından kənarda qalmasına münasibət bildirərkən deyib.

İndoneziyanın bununla bağlı narazılığını şərh edən A.Rəhimov bildirib ki, artıq gecdir və cədvələ dəyişiklik etmək olmaz. Nazir İndoneziya nümayəndələrinə lazımi izahat veriləcəyini söyləyib: “Artıq gecdir. Cədvəli dəyişə bilmərik. İndoneziya nümayəndələri ilə bu gün görüş olacaq və onlara lazımi izahat veriləcək”.

Digər xəbərlər