Rövnəq Abdullayev satılmış oyunu açıqladı

Rövnəq Abdullayev satılmış oyunu açıqladı
Futbol
15 Mart 2017 - 21:38
Azərbaycan I divizionunda keçirilən "Göyəzən" - "Şərurspor" oyununun (3:3) nəticəsi əvvəlcədən razılaşdırılıb.

Superspot.Az-ın məlumatına görə, bu haqda açıqlama verən AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, UEFA-dan bununla bağlı məktub gəlib:

"Bəli, martın 9-da keçirilən "Göyəzən" - "Şərurspor" matçı satılıb. Biz hardan bilərdik ki, Qazaxda keçirilən oyun qumara qoyulacaq? Məsələ ilə bağlı ciddi tədbirlər görüləcək".

Qeyd edək ki, hazırda "Şərurspor" 25 xalla 9-cu, "Göyəzən" isə 7 xalla 13-cü pillədə qərarlaşıb.

Digər xəbərlər