"Qəbələ" niyə sıfırda qaldı?
Futbol, Yazarlar
11 Dekabr 2016 - 01:46
Həm "Qəbələ", həm də"“Maynts" üçün bu tura qədər hər şey bitmişdi. Yəni hər iki klubun C qrupundan 1/16 finala çıxmayacağı öncədən müəyyənləşmişdi. Bu səbəbdən hər iki komanda "Opel Arean"dakı oyuna çox rahat, heç bir təzyiq olmadan çıxmışdı. "Qırmızı-qaralar"ın məqsədi qrupdakı ilk xalını qazanmaq idi. "Maynts" da qrupda ilk ev qələbəsinə sevinmək istəyirdi.
"Qəbələ" yenə itkilərlə oynadı
Qrupdakı zəif çıxışın, daha doğrusu nəticəsizliyin əsas səbəbi zədəli və cəzalı futbolçuların olmasıdır. Teo Uiks ilk iki turu cəzalı olduğu üçün buraxdı. Nika Kvekveskiri zədə üzündən 4 oyunda meydana çıxmadı. Bir neçə oyunu Baqali Dabo buraxdı. Fransalı hücumçu son matçda da bu səbəbdən forma geymədi. "Anderlext"lə oyunda meydandan qovulan Rəşad Eyyubov isə cəzalı idi. Roman Qriqorçuk Almaniyada da qapını hər zaman olduğu kimi, Dmitri Bezotosnıya tapşırmışdı. Müdafiənin solunda Rikardinyo, sağında isə Ürfan Abbasov qərarlaşmışdı. Stopperlər Vojislav Stankoviç və Vitali Vernidub idi. Dayaqda Rəşad Sadiqovla Nika Kvekveskiri yer almışdı. Oyun qurucusu funksiyasını Teo Uiks yerinə yetirirdi. Cinahlardan Filip Ozobiç və Asif Məmmədov ən öndəki Sergey Zenyovu topla təchiz etməliydi.
İntriqa ilk hissədə öldü
Əslində start təzyiqinin qarşısı alınmışdı. "Maynts"ın ardıcıl hücumlarını "Qəbələ"nin müdafiəçiləri və qapıçısı uğurla dəf edirdi. Ancaq qonaqların əks-hücum cəhdləri bir fayda vermirdi. İki ölkənin çempionatları arasındakı səviyyə fərqi belə məqamda sözünü deyirdi. Təbii ki, bura fərdi ustalığı da şamil etmək olar. "Qəbələ" qapısının toxunulmazlığını yarım saat təmin edə bildi. Pablo De Blasis 30-cu dəqiqədə hesabı açdı. 10 dəqiqə sonra isə Aleksander Hak adını tabloya yazdırdı. Demək olar ki, matçın taleyi ilk hissədə həll olundu.
Gənclərə şans verildi
Ukraynalı mütəxəssis ikinci hissəyə bir dəyişikliklə başladı. Roman İosifoviç kapitan Rəşad Sadiqovu Ruslan Qurbanovla əvəzlədi. Yığma üzvü meydana çıxdıqdan sonra fəallığıyla seçilirdi. Xüsusən ikinci yarının əvvəllərində "Qəbələ" inamlı təsir bağışlayırdı. Ancaq rəqibin sürətiylə tam ayaqlaşmaq mümkün olmurdu. Təhlükəli qol epizodlarını yenə almanlar yaradırdı. Lakin hesab onları qane etdiyindən qol vurmaq üçün dəridən-qabıqdan çıxmırdılar. Qriqorçuk son 15 dəqiqədə məğlubiyyətin qaçılmaz olduğunu anlamışdı. Onsuz da ehtiyatda meydana çıxıb, qarşılaşmanın taleyini həll edəcək oyunçu yox idi. Bu səbəbdən baş məşqçi gənclərə üstünlük verdi. Qriqorçukun Sergey Zenyovun yerinə Roman Hüseynovu, Teo Uiksin əvəzinə isə Elvin Camalovu meydana buraxması əbəs deyildi. Təcrübəli çalışdırıcı bu addımıyla "Qəbələ" Futbol Akademiyasının yetirmələrinə beynəlxalq oyun təcrübəsi qazandırmaq niyyəti güdmüşdü. Buna görə Qriqorçuka alqış düşür. Gözlənildiyi kimi, təmsilçimiz səfərdən məğlub qayıtdı.
Qriqorçuk qalsa...
Beləliklə, "Qəbələ" C qrupunda xalsız qaldı. Komanda qitə yarışında bununla antirekordçu oldu. 48 komanda sırasında yalnız "Qəbələ" sıfır nəticə göstərdi. Ötən mövsüm Avroliqanın qrup mərhələsində debüt edən "qırmızı-qaralar" hesabına 2 xal yazmağı bacarmışdı. Ancaq bu dəfə zədələr, fərdi səhvlər, hesabdakı üstünlüyü qoruya bilməmək kimi məqamlar xal qazanmağa imkan vermədi. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Ancaq eyni zamanda Roman İosifoviçi də başqa yerə buraxmaq olmaz. Bu məşqçiylə hələ görüləsi çox iş var. Sadəcə, növbəti avrokubok yürüşünə daha geniş heyətlə çıxmaq lazımdır ki, sabah hər hansı futbolçu zədələnsə, heyətlə bağlı problem üzə çıxmasın. Digər tərəfdən hər ay "heyəti sil başdan qur" düşüncəsindən əl çəkmək lazımdır. Sabit nəticə üçün sabit heyət olmalıdır. Həm də tədricən gənclərlə təcrübəlilərin sintezini yaratmaq lazımdır. Akademiya "bulağ"ının qarşısını kəsmək olmaz. Bu gün "Qəbələ"nin bir çox yetirməsi başqa klublarda uğurla çıxış edir. Niyə bölgə təmsilçisi öz yetirmələrindən faydalanmasın? Sadəcə, onlara şans və vaxt vermək lazımdır. Hər şey birdən-birə qurulmur. Səbirlə və düzgün sistemlə fəaliyyət göstərmək vacibdir. Bax onda uğurların davamı gələcək. Hələliksə "Qəbələ"nin avrokubok macərası başa çatdı. İndi maya kimi premyer-liqada "Qarabağ"la çempionluq mübarizəsi davam edəcək. Bu savaşda kimin üzü güləcək, bilinmir. Amma bu dəqiqdir ki, yenə yayda "Qəbələ" yeni avrokubok macərasına start verəcək. Yeni Roman yazmaq üçün...
Anar Cəfərsoy