"ANDERLEXT"İN BAŞ MƏŞQÇİSİ: "STATİSTİKA ZİBİL QUTUSUNA ATILMALI BİR ŞEYDİR"

"ANDERLEXT"İN BAŞ MƏŞQÇİSİ: "STATİSTİKA ZİBİL QUTUSUNA ATILMALI BİR ŞEYDİR"
Futbol
24 Noyabr 2016 - 11:35
"Qəbələ" ilə qarşılaşacaq “Anderlext”in baş məşqçisi Rene Veyler mətbuat konfransında birbaşa sualları cavablandırıb.

  • Zədəlilərdən hansı futbolçular oynaya bilməyəcək?
    - Aleksandru Kipçiu bu oyunu buraxacaq.

  • - Son oyunlardan sonra uğursuz nəticələri təhlil etmisiz?

  • - Buraxdığımız səhvləri təhlil edirik. Bu kritik vəziyyətdən çıxmağa çalışacağıq.

  • - Yayılan bəzi məlumatlara görə sizinlə futbolçular arasında soyuqluq yaranıb. Bu doğrudumu?
    - Bu suala oyunçular daha dəqiq verə bilər. Fikrimcə, arada heç bir narazılıq yoxdu. Həmişəki məşqlərimizi keçirik.
    - “Qəbələ”nin zəif cəhətləri hansılardı və şansları necə dəyərləndirirsiz?
    - Bu suala cavab vermək düzgün olmazdı. “Qəbələ”nin müəyyən zəif tərəfləri var. Bunu təhlil etmişik. Amma burda bunları deyə bilmərəm. Matça yaxşı hazırlaşmışıq. Rəqib zəif deyil. Əvvəlki oyunlarda necə oynadığını görmüşük.
    - Bəs “Qəbələ”nin üstün tərəflərini deyə bilərsizmi?
    - Əvvəlki oyunlarda və bizimlə matçda necə güclü olduqlarını gördük. Amma mən rəqibin nə zəif, nə də üstün cəhətindən danışmaq istəyirəm. Qarşılaşma asan olmayacaq. “Qəbələ”nin əsas üstünlüyü burasındadı ki, oyun başlayan kimi rəqib üzərində təzyiq qurur və bunu sonadək davam etdirir.
    - “Qəbələ”nin sabah eksperimental heyətlə meydana çıxması sizi sevindirir?
    - Bu oyuna diqqətlə hazırlaşmışıq. Rəqibin heyətinə yox, sırf öz oyunumuza köklənmişik.
    - “Qəbələ” bu mövsüm Avroliqa çərçivəsində evdə keçirdiyi bütün oyunlarda fərqlənib. Bu məqamı nəzərə alıb, sabah oyunu müdafiədən qurmağı düşünürsüz?
    - “Qəbələ”nin bu seriyasından xəbərimiz var. Evdə çox yaxşı oynayır və əksər qarşılaşmalarda fərqlənir. Amma bu məqam bizi qorxutmur. Sabah öz oyunumuzu nümayiş etdirəcəyik. Bura qələbə üçün gəlmişik.
    - Belçika klubları və yığması heç vaxt Bakıdan qələbəylə ayrıla bilməyib. Bu statistika sabah davam edə bilər?
    - Statistikaya əsasən proqnozlar qurula bilər. Amma mənim üçün statistika önəm daşımır. Əvvəlki oyunları nəzərə almırıq. Bu, yeni bir matçdı. Ümumiyyətlə, statistika zibilə atılmalı bir şeydi.
    - Çox gülərüz görünürsüz. Sabah uduzsaz, bu simanızı qoruya biləcəksiz?
    - Oyun hələ ki başlamayıb. Qalib gələcəyimizə inanıram. Bunu sabah görəcəyik. Qalib gəlsək, indikindən daha sevincli olacam. Uduzmağımız da mümkündü. İstənilən halda, gülərüzlüyümü qorumağa çalışacam.
    "Anderlext”in yarımmüdafiəçisi Yuri Tielemans isə bunları dedi: “Baş məşqçi ilə hər hansı problemimiz yoxdu. Bu xəbər şayiədən başqa bir şey deyil. Bazar günü çempionatda uğursuz oynasaq da, bunun “Qəbələ”ylə görüşə bir təsiri olmayacaq. Qarşılaşmaya çox ciddi hazırlaşmışıq. Məqsədimiz qələbə qazanmaqdı”.
    “Anderlext”in məşqi yüksək ab-havada keçdi. Buna səbəb 10-15 belçikalı azarkeşin hazırlıq prosesini izləyə-izləyə komandaları lehinə şüarlar səsləndirməsiydi. Narın qar yağışı altında baş tutan məşqin əvvəlində isinmə hərəkətləri icra edildi. Sonra Veyler komandanı 2 qrupa böldü. Əvvəlcə həndbol oynayan futbolçular daha sonra bacardıqları işə keçdilər.

Digər xəbərlər