SUPERSPORT.AZ QALİBLƏR SIRASINDA

SUPERSPORT.AZ QALİBLƏR SIRASINDA
Maqazin
11 İyul 2016 - 23:49
Supersport.Az-ın məlumatına görə, AFFA yanında Media Komitəsinin növbəti – 3 (üç) aylıq müddəti – iyul, avqust və sentyabr aylarını əhatə edən layihə müsabiqəsinin qalibləri müəyyən edilib.

İdarə Heyətinin bugünkü iclasından ötən layihə müddətindəki işlər, həmçinin yeni mərhələ üçün təqdim olunan layihələr diqqətlə oxunub, müzakirə edilib, qərar çıxarılıb. Bəzi dəyişikliklər də var. Bu barədə sonda məlumat veriləcək. Beləliklə, növbəti layihə qalibləri aşağıdakılardır:

1.* Ölkədaxili yarışların (ölkə çempionatı və kuboku) ən yaxşı şəkildə işıqlandırılması: Supersport.az (1200 manat), İdmanxeber.com (1200 manat).


2. Azərbaycan futzalı: dünən və bu gün – dünya çempionatı ərəfəsində: Futbolxeber.az (1500 manat), Futbolpress.az (1500 manat).


3. Azərbaycan çempionatı, kuboku, yığması və klubların avrokuboklarda iştirakı ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması: Sportnet.az (1500 manat), “Futbol+” qəzeti (1500 manat).


4. İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması: “Çempion” qəzeti (1 200 manat), Sportmedia.az (1 500 manat).


5. Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar: “Rekord.az” (1500 manat), Sportarena.az (1200 manat).


6. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur! Qol.az (1200 manat), Sportinfo.az (1500 manat).


7.** Uşaq futbolu: problemləri necə aradan qaldırmalı? Komanda.az (1500 manat), “Het-Trik Nyus/Sportfm.az” (1500 manat)


8.*** Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı: Azerisport.com (1500 manat), Apasport.az (1500 manat), “Olimpiya Dünyası qəzeti”/goal.az” (1500 manat).


9. Şahmat: ənənələrin işığında Olimpiadaya doğru: Sportline.az (1200 manat), Korner.az (1200 manat).


10. Azərbaycan güləşi: mövcud durum, inkişaf perspektivləri, regionlarda görülən işlər: Newsport.az (1200 manat), Allsport.az (1200 manat).


Qeydlər:

* - Ötən layihə müsabiqəsində qalib gəlmiş, ancaq götürdükləri öhdəlikləri tam yerinə yetirməyən, həmçinin ilk dəfə layihə icrasına başlayan KİV-lərin növbəti 3 ay üçün maksimum məbləğin 20 faizi, yəni 300 manatı "kəsilib" və 1200 manat rəqəmi üzərində dayanılmasına qərar verilib.

** - Yuxarıdakı qaydanın müştərək layihə verən KİV-lərə aid edilməməsinə qərar verilib.

*** - Bir aydan sonra dörd ilin ən vacib idman hadisəsi olan Rio Olimpiadası keçiriləcəyindən, istisna hal olaraq bu istiqamətdə əlavə bir layihənin qəbulu və sayının 3-ə çatdırılmasına qərar verilib.

Qalibləri təbrik edirik!

Digər xəbərlər