"SHAMKİRCHESS 2016" SUPERTURNİRİNDƏ İLK RƏQİBLƏR MÜƏYYƏNLƏŞİB

"SHAMKİRCHESS 2016" SUPERTURNİRİNDƏ İLK RƏQİBLƏR MÜƏYYƏNLƏŞİB
Şahmat, Digər
26 May 2016 - 02:01
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2016" superturnirinin püşkatma mərasimi keçirilib.

Supersport.Az xəbər verir ki, püşk nəticəsində Şəhriyar Məmmədyarov ilk turda rusiyalı Sergey Karyakinə rəqib olub.

Digər qarşılaşmalara gəlincə, Rauf Məmmədov Aniş Giri (Hollandiya), Teymur Rəcəbov Hou Yifan (Çin), Eltac Səfərli Pavel Elyanov (Ukrayna), Fabiano Karuana (ABŞ) isə Pentala Harikrişna (Hindistan) ilə qarşılaşacaq.

Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək turnirə mayın 26-da start veriləcək. Qalib dairəvi sistemlə 9 turluq mübarizə nəticəsində müəyyənləşəcək. (azərtac)

Digər xəbərlər