"Messinin Amerikaya keçidi əla xəbərdir"

Futbol
09 İyun 2023 - 19:30
“Milan”, “Orlando City” və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Kaka hesab edir ki, hücumçu Lionel Messinin “İnter Mayami”yə keçidi MLS-ə müsbət təsir göstərəcək.

“Amerika futbolu üçün onun keçidi əla xəbərdir, Messi MLS-in gələcək inkişafına töhfə verəcək. Uzunmüddətli perspektivdə planı da çox bəyənirəm və MLS bunu edir, liqa klublara çox sərmayə qoyur.

Hər klubun öz stadionu, məşq mərkəzi, azarkeş bazası var. Bu mənada idmançıları cəlb edir və çox orqanik inkişaf edirlər. Messinin gəlişi bu istiqamətdə daha bir mühüm addımdır. İnanıram ki, yaxın gələcəkdə MLS dünyanın ən rəqabətli və baxılan liqalarından birinə çevriləcək" (CNN).

Digər xəbərlər