Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri

Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri
Digər, Boks
30 Aprel 2023 - 21:13
Supersport.Az-ın məlumatına görə, Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.

Mayın 1-də start veriləcək mundialda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri məlum olub.

Yarışın ilk günündə Ümid Rüstəmov (57 kq) və Eldar Quliyev (92 kq) rinqə çıxacaqlar.

1/32 final

Ümid Rüstəmov (57 kq) – Suleyman Samqhouli (Mərakeş)
Malik Həsənov (63,5 kq) – R. İge (Nigeriya)
Sərxan Əliyev (71 kq) – Dev Nişant (Hindistan)
Mirşərif Kazımzadə (75 kq) – Edvin Ovuor (Keniya)
Murad Allahverdiyev (80 kq) – Şabbos Neqmatullayev (Tacikistan)
Eldar Quliyev (92 kq) – Ahmad Alteymat (İordaniya)

1/16 final

Tural Sarıyev (48 kq) – Al-Jaleel Jokhu (Trinidad və Tobaqo)
Məsud Yusifzadə (51 kq) – Maykl Trindad (Braziliya)/Sehyonq Jo (Cənubi Koreya)
Nicat Hüseynov (54 kq) – P. Hsu (Tayvan)
Tayfur Əliyev (60 kq) – Mirzohid İmamnazarov (Qırğızıstan)
Nəbi İsgəndərov (67 kq) – Ali Habibinejad (İran)
Məhəmməd Abdullayev (+92 kq) – Taeunq Ju (Cənubi Koreya)

1/8 final

Alfonso Dominqes (86 kq) – Kalpana Çoudhari (Hindistan)/Bill Makallister (Avstraliya)

Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın final döyüşləri mayın 13-də və 14-də olacaq. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcək. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaq.

Digər xəbərlər