"Qarabağ"a azarkeş sevgisi: "Qurban Qurbanov, qürurumuzsan" - Video

"Qarabağ"a azarkeş sevgisi: "Qurban Qurbanov, qürurumuzsan" - Video
Futbol, Eksklüziv, Video
29 İyul 2022 - 01:00
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə çempionu "Sürix"i mübarizədən kənarlaşdıran Azərbaycanın markası "Qarabağ" Vətənə qayıdıb.

Supersport.Az Bakı Beynəlxalq Aeroportunda Ağdam klubunun möhtəşəm qarşılanması məqamını videogörüntüyə alıb.

Azarkeşlər "Qarabağ"la baş məşqçi Qurban Qurbanova sevgilərini nümayiş etdiriblər. Qəhrəman komandanı alqışlayan fanatlar, futbolçularla baş məşqçini alqışlayaraq, onlarla şəkil çəkdiriblər.


 

 

Digər xəbərlər