"20 ildən çox çəkdiyim əziyyətin nəticəsidir" - Mariya

"20 ildən çox çəkdiyim əziyyətin nəticəsidir" - Mariya
Digər, Güləş
08 Avqust 2021 - 14:24
"Salam, Azərbaycan. Budur, əlimdə dördüncü olimpiya medalımı tuturam. Təəssüf ki, bu, qızıl medal deyil".

Supersport.Az xəbər verir ki, bu sözləri Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Milli Olimpiya Komitəsinin rəsmi "Feysbuk" səhifəsinə açıqlamasında deyib.

50 kq çəki dərəcəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan 33 yaşlı idmançı daha sonra bildirib: "Bu dördüncü Olimpiya medalı tarixdir, əzmdir. 20 ildən çox çəkdiyim əziyyətin nəticəsidir. Yarımfinalda uduzanda düşündüm ki, bu medal qızıl olmayacaq və çox pis oldum. İndi isə bürünc medalın dəyərini anlayıram və bunun üçün Tanrıya şükür edirəm".

Stadnik hazırda yalnız istirahəti düşündüyünü söyləyib: "Olimpiya oyunlarına hazırlıq çox ciddi psixoloji yükdür. Ən azı 2-3 ay lazımdır ki, özümə gəlim və qaldığım yerdən davam edə bilim".

Digər xəbərlər