Yurgen Klopp: "İstanbul bizim şəhərdir"

Yurgen Klopp: "İstanbul bizim şəhərdir"
Futbol
15 Avqust 2019 - 11:49
Supersport.Az-ın məlumatına görə, UEFA Superkuboku oyununda "Çelsi"ni məğlub edərək mükafata sahib çıxan "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Alman mütəxəssis, İstanbulda yenə sevindiklərini bildirib:

"İstanbul yenə işimizə yaradı. Təbii ki, bura bizim şəhərdir, hava çox istiydi və iki komandaya da çətin oldu. Çox çalışdıq və qələbə qazandığımıza görə xoşbəxtik. Yeni tarix yazdıq. İstanbula təşəkkür edirəm. 

Oyundan sonra hakimlərə dedim ki, biz onların idarəçilyi kimi yaxşı oynasaydıq, 6:0 qalib gələrdik. Onlar tapşırığın öhdəsindən əla gəldilər. Bu, tarixi bir məqamdır. Yəqin ki, böyük məsuliyyətin çətinliyini yaşadılar, ancaq sakit oldular və nə etməliydilərsə, onu da etdilər. Bütün oyunlarda qalib gəlmək üçün əlimizdən gələnə edəcəyik".

Alissonun yoxluğunda qapını qoruyan Adriana təriflər yağdıran Klopp deyib:

"Penaltilərdə qalib gəlmək mühümdür. Mən bu seriyanın 7 və ya 8-ci zərbələrə gedəcəyini düşünürdüm. Ancaq Adrian möhtəşəm oynadı. İki həftə əvvəl gəlib, indi komandaya çox faydalı oldu".

Qeyd edək ki, İstanbulun "Vodafon Park" stadionunda keçirilən "Liverpul" - "Çelsi" oyununun əsas vaxtı 1:1 hesabıyla bitib. Komandalar əlavə vaxtda hərəyə daha bir qol vurub. "Liverpul" penaltilər seriyasında 5:4 hesablı qələbəylə 4-cü dəfə Superkuboku qazanıb. 

Digər xəbərlər