Ramil Şeydayevin komandası xal itirdi
Supersport.Az-ın məlumatına görə, Türkiyə 1-ci Liqasının 22-ci turunda "Kocaelispor" "Boluspor"un qonağı olub.
Kocaeli klubu bu oyunda da qalib gəlməklə ardıcıl 4-cü qələbəsini qazanmaq istəyirdi.
"Kocaelispor"da Ramil Şeydayev start heyətdə meydana çıxıb. Transferin son günündə komandaya cəlb olunan hücumçu Davit Sxirtladzenin oyun üçün siyahıya daxil edilməyib. Ramil Şeydayevi 80-ci dəqiqədə Cem Ekinçi əvəzləyib.
"Kocaelispor"da 4-cü dəqiqədə Georgi Beridze hesabı açsa da, 32-ci dəqiqədə Vyaçeslav Posmak "Boluspor"u məğlubiyyətdən xilas edən qolu vurub.
Kocaeli təmsilçidi" son üç matçında "Eyüpspor", "Altay" və "Adanaspor"u məğlub etmişdi.
İlk "üçlük"də "Eyüpspor" (21 oyun, 49 xal), "Göztəpə" (22 oyun, 45 xal) və "Kocaelispor" (22 oyun, 43 xal) qərarlaşıb.