"Qarabağ"dan dünya reytinqində yüksəliş

"Qarabağ"dan dünya reytinqində yüksəliş
Futbol
313
09 Aprel 2024 - 14:02

Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının yeni reytinqində "Qarabağ" yüksəlib.


Azərbaycanın 11 qat  çempionu, 506 klub sırasında 13 pillə irəliləyərək, 61-ci pillədən 48-ci yerə qalxıb. Ağdam klubunun hesabında 176.75 xal var.


"Qarabağ", "Mançester Yunayted" (65-ci yer), "Sevilya" (63-cü yer), "Yuventus" (69-cu yer) və başqa məşhur klubları geridə qoyub. 


Dünya reytinqində 401 xalla "Mançester Siti" liderdir.


"Real Madrid" (332 xal) ikinci, "İnter" (311 xal) üçüncü yerdədir.


"Bayer Leverkuzen" 279 xalla 4-cüdür.


"Neftçi" 62 xalla 377-ci sıradadır.

Digər xəbərlər