"Qarabağ" legioner hücumçusuyla yolları ayıra bilər - Eksklüziv

"Qarabağ" legioner hücumçusuyla yolları ayıra bilər - Eksklüziv
Futbol, Eksklüziv
949
09 Aprel 2024 - 08:05

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" futbolçusu Redon Cicayla yolları ayıra bilər. 

Azərbaycan klubu ötən ilin yanvarında Albaniya yığmasının keçmiş hücumçusunu heyətinə cəlb edib. 

"Qarabağ"da olduğu müddətdə Cica 33 matçda 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

Futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasının 29 turunun 17-də meydana çıxıb, 2 qola imza atıb, 1 effektli ötürmə edib. Azərbaycan Kubokunda iştirak etdiyi 2 matçda fərqlənə bilməyib. 

Hücumun mərkəzi, sağ və solunda oynaya bilən albaniyalı 25 yaşlı forvard, Çempionlar Liqasında  4 qarşılaşmada  5 qol vurmaqla yadda qalıb. 

Cica, Avropa Liqasında iştirak etdiyi 10 matçda 1 effektli ötürmə verib. 

Alban futbolçunun zədələnməyi oyununa mənfi təsir göstərib, əvvəlki formasını bərpa edə bilməyib.  "Qarabağ"ın legioneri 20-cu turda "Kəpəz"lə oyunun ikinci hissəsində xəsarət alaraq oyunu yarımçıq tərk edib.  Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Redon Cicanı son 9 oyunda 4 dəfə meydana buraxıb.

"Qarabağ"ın 2026-ci ilin iyunun sonuna kimi müqaviləsi olduğu Redon Cicayla qarşılıqlı razılıq əsasında müqaviləni ləğv edəcəyi və ya hücumçunu icarəyə verəcəyi gözlənilir. 

Forvard, əvvəlki komandası "Tirana"ya qayıda bilər.

Hazırda transfermarkt-da futbolçunun qiyməti 450 min avro göstərilib. 





Digər xəbərlər