"Neftçi" müdafiəni gücləndirdi - Video

"Neftçi" müdafiəni gücləndirdi - Video
Futbol, Video
16 İyul 2021 - 19:33
Supersport.Az-ın "Neftçi"yə istinadən məlumatına görə, klub fransız müdafiəçi Romen Baskı transfer edib.

26 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. Yarımmüdafiəçi mövqeyində də çıxış edən yeni futbolçu komandanın heyətində 14 nömrəli formanı geyinəcək.


Romen Bask Fransanın “Keviyi Ruan” (2014-2018) və “Havr” (2018-2021) klublarında çıxış edib. Sonuncu Liqa 2 mövsümündə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suares və Xəyal Nəcəfovu transfer edib.

Digər xəbərlər