”Qarabağ”a “Şerif” rəqib oldu - Video

”Qarabağ”a “Şerif” rəqib oldu - Video
Futbol, Video
20 Avqust 2020 - 02:00

“Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Supersport.Az xəbər verir ki, 1-ci mərhələdə Lüksemburqun "Fola Eş" klubunu 2:0 hesabı ilə məğlub edən Moldova "Şerif"i Ağdam təmsilçisinə rəqib olub.








“Şerif” (Moldova) - "Fola Eş" (Lüksemburq) - 2:0

Qollar: Anatol Abanq, 36, Andrey Lukiç, 80

“Qarabağ” avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda “Şerif”i qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" dünən 1-ci raundda Şimali Makedoniya "Sileks"ini üstələyib - 4:0.

Digər xəbərlər