"Qarabağ"ın ilk oyununa hakim təyinatı oldu
Futbol
18 Avqust 2019 - 00:21
Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Linfild" - "Qarabağ" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Supersport.Az-ın məlumatına görə, matçın baş hakimi İsveçrə Futbol Federasiyasından 31 yaşlı Sandro Şerer olacaq. Ona Stefan de Almeyda və Bekim Zoqay köməklik edəcək. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.

Qeyd edək ki, "Linfild" - "Qarabağ" görüşü avqustun 22-i Bakı vaxtı ilə 22:45-də başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.