"Qarabağ" xal itirdi

"Qarabağ" xal itirdi
Futbol
09 Mart 2019 - 20:22
Supersport.Az-ın məluamtına görə, bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

Turun ilk matçında autsayderlər qrupunda qərarlaşan "Keşlə" debütant "Sabah"ı qəbul edib. Meydan sahibi komanda 3 qolla qalib gəlib.

Günün son qarşılaşmasında "Qarabağ" "Zirə"ni məğlub edə bilməyib. Ağdam klubu son 10 oyunda uduzmamışdı. Bu, iki komanda arasında yubiley – 15-ci görüş olub. Əvvəlki oyunların heç birində “Zirə” qələbə qazana bilməyib.

Turun qalan iki oyunu sabah keçiriləcək. "Qəbələ" doğma meydanda "Səbail"lə üz-üzə gələcək. "Qırmızı-qaralar" avrokuboklara vəsiqə qazanmaq arzusunun bitməməsi üçün bu oyundan mütləq qələbə ilə ayrılmalıdırlar.

Çempionatın şərikli liderlərindən olan "Neftçi" isə son pillədə qərarlaşan "Sumqayıt"ın qonağı olacaq.

Azərbaycan Premyer Liqası, 20-ci tur

9 mart

16:00 "Keşlə" – "Sabah" 3-0


Qol: Conatan Ayite 26,47, Cabir Əmirli 66.

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Ramiz Mustafayev

"ASK Arena".

18:30 "Qarabağ" – "Zirə" 0-0


Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Tofiq Bəhramov adına Respublika stadionu.

10 mart

14:00 "Qəbələ" – "Səbail"


Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu, 14:00

16:30 "Sumqayıt" – "Neftçi"


Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı

Hakim-inspektor: Əhmədağa Cabbarov

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Sumqayıt şəhər stadionu.


Digər xəbərlər