"Qarabağ"ın rəqibindən səfər qələbəsi - Şəkil

"Qarabağ"ın rəqibindən səfər qələbəsi - Şəkil
Futbol, Foto
01 Oktyabr 2018 - 10:32
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" Ukrayna Premyer Liqasında növbəti oyununda qalib gəlib.

Poltava təmsilçisi 10-cu turda səfərdə "Desna"nı 2:0 hesabıyla məğlub edib. Qolları 4-cü dəqiqədə Vladislav Kulaç və 62-ci dəqiqədə Vyaçeslav Şarpar vurub.

Bu qələbə ilə xalını 18-ə çatdıran "Vorskla" 4-cü pillədə qalıb.

Ukrayna çempionatında 12 klub mübarizə aparır və 10 turdan sonra turnir cədvəlində 27 xala malik "Şaxtyor" liderdir. Kiyev "Dinamo"su 23 xalla ikinci, "Aleksandriya" 19 xalla üçüncüdür.




















Digər xəbərlər