"Sportinq"i məğlub etməyin yolu - Video

"Sportinq"i məğlub etməyin yolu - Video
Futbol, Video
26 Sentyabr 2018 - 00:48
Futbol üzrə Portuqaliya çempionatında 5-ci turun oyunları keçirilib.

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən olan "Sportinq" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Braqa" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.

"Sportinq" 5 oyundan sonra 10 xalla 18 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

"Qarabağ" "Sportinq"ə qarşı ilk oyununu sentyabrın 20-də səfərdə keçirib və 0:2 hesabıyla məğlub olub. Bu komandalar arasındakı növbəti görüş isə noyabrın 29-da Bakıda baş tutacaq.

Digər xəbərlər