"Aslanlar" ağır yaralandı - Video

"Aslanlar" ağır yaralandı - Video
Futbol, Video
24 Sentyabr 2018 - 07:58
Supersport.Az-ın məlumatına görə, Türkiyə çempionatının 6-cı turunda "Akhisarspor" lider "Qalatasaray"a futbol dərsi keçib.

Meydan sahib komanda 3 qolla qalib gəlib.

"Akhisarspor"dan Manu (51) Güray Vural (79) və Mustafa Yumlu (84) fərqlənib.

"Qalatasaray"da 42-ci dəqiqədə Rodriges penaltini boşa verib.

"Akhisarspor" ilk qələbəsini qazanaraq 5 xalla 14-cü pilləyə yüksəlib.

Turnir cədvəlində ilk üç yerdə olan "Qalatasaray", "Kasımpaşa" və "Başakşehir"in 12 xalı var.


Digər xəbərlər