"Qarabağ"dan çox qol vurmalıyıq"

"Qarabağ"dan çox qol vurmalıyıq"
Futbol
19 Sentyabr 2018 - 18:35
Supersport.Az-ın məlumatına görə, Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Joze Pezeyru Avropa Liqasının ilk turunda qəbul edəcəkləri "Qarabağ"la oyun ərəfəsində keçirdiyi mətbuat konfransında rəqibi qiymətləndirib.

58 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinə yaxşı bələd olduqlarını bildirib:

"Qarabağ" Azərbaycanda son 5 ilin çempionudur. Rəqib ötən il "Sportinq"i mübarizədən kənarlaşdıran "Atletiko" ilə heç-heçə edib və topla oynamağı sevən komandadır. "Qarabağ"ı tanıyır bizi nə gözlədiyini bilirik. Avropa Liqasına yaxşı start vermək çox vacibdir. İlk matç üçün xüsusi oyun planı və strategiyamız var. Amma "Qarabağ"la bağlı daha çox şeyi araşdırmalıyıq. Sabah da meydana ən yaxşısını etmək üçün çıxacağıq. Əsad diqqətimiz məhz bu oyunda olmalı, rəqibdən daha çox qol vurmalıyıq".

Baş məşqaçi sonda azarkeşlərə səslənib:

"Ümid edirəm ki, sabah hamınız stadionda olacaqsınız. "Sportinq" ötən mövsüm Avropa Liqasında yaxşı təsir bağışladı. Yalnız müəyyən səbəblərə görə "Atletiko"ya uduzaraq, turnirlə vidalaşdı. Bu isə göstərir ki, biz yaxşı işlər görə bilərik".

Qeyd edək ki, sabah keçiriləcək "Sportinq" – "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər xəbərlər