"Qəbələ" Lüksemburqda

"Qəbələ" Lüksemburqda
Futbol
18 İyul 2018 - 17:14
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Proqres"lə qarşılaşan "Qəbələ" Lüksemburqda ilk məşqinə çıxıb.

İyulun 17-də səfərə yollanan "qırmızı-qaralar" səhər saatlarında Differdanj şəhərinə çatıb. Komandanın hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda məşq prosesinə fiziki hazırlıqla başlayıb, ardınca toplu çalışmaları icra edib.

Bu gün "Qəbələ"nin oyunöncəsi son məşqi baş tutacaq. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Komandamız oyunun keçiriləcəyi Differdanj şəhər Munisipal stadionunda hazırlıq keçəcək.

Xatırladaq ki, iyulun 19-da baş tutacaq "Proqre" – "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Digər xəbərlər