Azərbaycandan Rusiyaya güləş dərsi

Azərbaycandan Rusiyaya güləş dərsi
Digər, Güləş
05 May 2018 - 20:07


Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.






Beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.57 kq-da mübarizə aparan Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus idmançısına da qalib gələn idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı son saniyədə icra etdiyi fəndlə qələbə ilə tamamlayan təmsilçimiz Avropa çempionatının qızıl medalını qazanıb.

65 kq çəkidə yarışan Hacı Əliyev də Avstriya, Türkiyə və Sloveniya təmsilçilərini məğlub edərək finala yüksəlib. Finalda Hacı Rusiya idmançısıyla qarşılaşmada 0:5 hesabıyla geridə olmağına baxmayarəq, 8:7 qələbə qazanıb.

70 kq-da yarışan Murtuz Müslümov Almaniya və Bolqarıstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa təmsilçisi ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub və bürünc medal görüşünə haqq qazanıb.

Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə Ukrayna, ikinci görüşdə Ermənistan idmançısına qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Cəbrayıl Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzub və bürünc medal görüşünə haqq qazanıb.

97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev mübarizəyə 1/4 finaldan qoşulub və Ermənistan təmsilçinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Belarus idmançısı ilə gərgin keçən görüşdə hesab bərabər olsa da son xalı rəqib qazandığından görüşün qalibi olub. İdmançımız bürünc medal görüşünə çıxacaq.

57 kq
FİNAL - Zavur Uguiev (RUS) - Georgi Edişeraşvili 3:5
1/2 final - Vladislav Andreyeu (BLR) - Georgi Edişeraşvili 1:4
1/4 final - Georgi Edişeraşvili - Miqran Jaburyan (ARM) 10:0
1/8 final - Georgi Edişeraşvili - Mikyay Salim Naim (BUL) 10:0

65 kq
FİNAL - Hacı Əliyev - İlyas Bekbulatov (RUS) 8:7
1/2 final - David Habat (SLO) - Hacı Əliyev 0:3
1/4 final - Selahattin Kılıçsallayan (TUR) - Hacı Əliyev 2:9
1/8 final - Hacı Əliyev - Qabriel Yanatş (AUT) 10:0 (49 san.)

70 kq
Bürünc medal görüşü - Azamat Nurikau (BLR) - Murtuz Müslümov
1/2 final - Murtuz Müslümov - Maqomedmurad Qadjiyev (POL) 2:3
1/4 final - Miroslav Kirov (BUL) - Murtuz Müslümov 2:7
1/8 final - Aleksandr Semisorov (GER) - Murtuz Müslümov 8:9

79 kq
Bürünc medal görüşü - Muhammet Nuri Kotanoğlu (TUR) - Cəbrayıl Həsənov
1/2 final - Axmed Qazimaqomedov (RUS) - Cəbrayıl Həsənov 6:4
1/4 final - Varuzhan Kajoyan (ARM) - Cəbrayıl Həsənov 1:6
1/8 final - Cəbrayıl Həsənov - Rüstəm Dudayev (UKR) 8:3

97 kq
Bürünc medal görüşü - Maqomedqadji Nurov (MKD) - Nurməhəmməd Hacıyev
1/2 final - Nurməhəmməd Hacıyev - Aliaksandr Huştin (BLR) 7:7*
1/4 final - Nurməhəmməd Hacıyev - Georgi Ketoyev (ARM) 3:0


Digər xəbərlər