Təhsil naziri daha bir federasiyanın prezidenti oldu

Təhsil naziri daha bir federasiyanın prezidenti oldu
Digər, Qılıncoynatma
20 Sentyabr 2017 - 23:43
Supersport.Az-ın məlumatına görə, bu gün MOK-da Qılıncoynatma federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib.

İclasda gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz İsmayılov və prezident administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirak edib.

Toplantıda Mikayıl Cabbarov namizədliyi irəli sürülüb. Sonra açıq seçki keçirilib. Hamı yekdilliklə ona səs verib. O, bu postda Nazim İbrahimovu əvəzləyib. İbrahimov 2007-ci ildən AQF-də prezident postunu tuturdu.

Təhsil naziri, Azərbaycan Badminton Federasiyasına da rəhbərlik edir.

 

Digər xəbərlər