Elxan Məmmədov şokda: "Bilmirsən ki, futbolu sevəsən, yoxsa nifrət edəsən" - Video

Elxan Məmmədov şokda: "Bilmirsən ki, futbolu sevəsən, yoxsa nifrət edəsən" - Video
Futbol, Video
11 İyun 2017 - 17:34
Supersport.Az DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Şimali İrlandiya oyunundan (0:1) sonra AFFA-nın baş katibi Elxan Məmmədovun fikirlərini videogörüntüyə alıb.

Şokda olan qurum rəsmisi, millinin qələbə layiq olduğu halda uduzduğunu deyib:

"Azarkeşlərə təşəkkür edirik. Həqiqətən, 90 dəqiqə möhtəşəm dəstək oldular. Milli komandamız isə əla oyun nümayiş etdirdi. Mübariz oyun sərgilədik. Komanda yaxşı oyun göstərsə də, qalib gələ bilmədi. Əvəzində isə son dəqiqədə rəqib qol vurdu. Həmin anda bilmirsən ki, futbolu sevəsən, ya nifrət edəsən. Bu da futbolun 90 dəqiqə oynanıldığını göstərir. 90 dəqiqə ərzində şanslarımız oldu".


 

Digər xəbərlər